Bank Of Baku

Moskvada MDB-nin yubiley sammiti keçiriləcək

Moskvada MDB-nin yubiley sammiti keçiriləcək
# 03 sentyabr 2011 11:32 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Bu ilin sonunda Moskvada MDB ölkələri başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən xəbərinə görə, bunu Rusiya prezidenti Dmitri Medvedev MDB-nin Tacikistanda keçirilən sammitində açıqlayıb.

Onun sözlərinə görə, qeyri-formal zirvə görüşü MDB-nin 20 illik yubileyinə həsr olunacaq: “Mən MDB-nin bütün liderlərini birliyin 20 illiyinə həsr edilmiş qeyri-rəsmi sammitdə Moskvada görməyə çox şad olacağam. Yaxın zamanlarda diplomatik kanallarla rəsmi dəvətnamələr göndəriləcək”.

Xatırladaq ki, sammitdə MDB-nin növbəti rəsmi zirvə görüşünün gələn ilin noyabr ayında Türkmənistanda keçirilməsi barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR