Bank Of Baku

XİN: Gürcüstanın hava məkanı Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin nəqli üçün bağlı olaraq qalır

XİN: Gürcüstanın hava məkanı Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin nəqli üçün bağlı olaraq qalır
# 05 sentyabr 2011 13:58 (UTC +04:00)
APA-nın “Kavkaz Online” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla bu gün Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze çıxış edib.

“Wikileaks” saytının bununla bağlı yaydığı iddialara şübhə ilə yanaşmağa çağıran nazir müavini bu mənbənin etibarlı xəbər qaynağı olmadığını vurğulayıb. “Bu, həqiqətə uyğun deyil. Rusiya hava məkanını açmaq xahişi ilə Gürcüstana bir neçə dəfə müraciət edib. Amma Gürcüstan tərəfi bu xahişləri yerinə yetirməyib. Belə xahiş 2008-ci ildə edilmişdi. Gürcü tərəfi bu cür təklifləri heç gözləmir də, çünki Gürcüstan parlamenti Rusiya və Gürcüstan arasında “Hava məkanın istifadəsi haqqında” sazişin qüvvədən düşməsi barədə qərar qəbul edib”, - deyə Gürcüstan XİN rəsmisi vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR