Bank Of Baku

Moskvada gürcü diplomatlarından kirayə haqqı tələb edirlər

Moskvada gürcü diplomatlarından kirayə haqqı tələb edirlər
# 06 sentyabr 2011 00:15 (UTC +04:00)
Bakı-APA. Moskvada Gürcüstan konsulluğunun yerləşdiyi binanın sahibi bildirib ki, diplomatlar ona təqribən yarım milyon dollar icarə haqqı ödəməlidirlər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, müvafiq iddia ərizəsi Moskvanın Arbitraj məhkəməsinə də verilib.
Mülkün sahibi konsulluğu evdən çıxarmaq tələbi ilə həmin məhkəməyə müraciət edib.
Qeyd olunur ki, konkret məbləğ göstərilməsə də, cavabdeh tərəfdən borcun ödənilməsini tələb edilir.
Haqqında söhbət gedən mülk Moskvanın Ostojenka küçəsində yerləşir.
2009-cu ildə Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin kəsilməsindən sonra səfirlik İsveçrənin diplomatik missiyası tərkibində Gürcüstanın mənafeyi seksiyası kimi fəaliyyət göstərir.
Gürcüstan Xarici İşlər Nazirliyində, öz növbəsində , mülk sahibinin iddialarını əsassız adlandırıb.
Nazirlikdə konsulluğun fəaliyyətinə maneə törədilməsini diplomatik münasibətlər haqqında Vena Konvensiyasının pozulması hesab edirlər.
Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci il avqust müharibəsindən sonra kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR