Bank Of Baku

Rusiyada “Yak-42” təyyarəsinin qəzaya uğradığı ərazidə 32 cəsəd aşkarlanıb

Rusiyada “Yak-42” təyyarəsinin qəzaya uğradığı ərazidə 32 cəsəd aşkarlanıb
# 07 sentyabr 2011 18:59 (UTC +04:00)
Bakı – APA. Dalğıclar “Yak-42” təyyarəsinin qəzaya uğradığı ərazidə, Volqa çayından 32 cəsəd çıxarıblar.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nın nümayəndəsi bildirib.
Cəsədlər tibbi ekspertiza müayinəsindən keçirilir.
Xatırladaq ki, qəzaya uğrayan “Yak-42” təyyarəsi təhlükəsiz həddə qədər yüksələ bilməyib və mayakın antenasına dəyib. Uçuş-enmə zolağından kənarda olan mayakın antena ilə toqquşduqdan sonra təyyarə parçalanaraq yerə düşüb. Təyyarənin füzelyajı Volqa çayına düşüb.
Təyyarədə “Lokomotiv” (Yaroslavl) xokkey komandasının üzvləri də daxil olmaqla 44 nəfər olub: 37 sərnişin və 8 nəfər ekipaj üzvü. Qəzada sağ qalan 2 nəfəri ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR