Bank Of Baku

Tiflis səhnəsində Qara Qarayevin əsərləri səslənəcək

Tiflis səhnəsində Qara Qarayevin əsərləri səslənəcək
# 20 sentyabr 2011 20:17 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Sentyabrın 22-də Tiflis səhnəsində məşhur Azərbaycan bəstəkarı Qara Qarayev və gürcü bəstəkarı Aleksi Maçavarianinin əsərləri səslənəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gündən başlayaraq konsertin məşqləri başlayıb. Tiflis Konservatoriyasının böyük zalında keçiriləcək konsertdə məşhur gürcü dirijoru Vaxtanq Maçavarianinin rəhbərliyi ilə Tiflis dövlət opera və balet teatrının simfonik orkestri gürcü və Azərbaycan musiqilərini, o cümlədən Qara Qarayevin və Aleksi Maçavarianinin ölməz musiqi əsərlərini tamaşaçılara təqdim edəcək. Bəstəkar Aleksi Maçavarianinin oğlu məşhur dirijorVaxtanq Maçavariani jurnalistlərə açıqlamasında Azərbaycanın məşhur bəstəkarı Qara Qarayevin musiqisini səsləndirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib: "Sevinirəm ki, tamaşaçılar bir konsertdə iki dostun, yaradıcı nəhənglərin əsərlərini dinləyəcəklər."
Qeyd edək ki, Tiflisdə təşkil olunacaq konsertdə Azərbaycanın və Gürcüstanın musiqi xadimlərinin, eyni zamanda Azərbaycan Konservatoriyasının rektorunun da iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR