Bank Of Baku

Ermənistan ordusunun paradında Rusiya hərbçiləri də iştirak edib - FOTO

Ermənistan ordusunun paradında Rusiya hərbçiləri də iştirak edib - <font color=red>FOTO</font>
# 21 sentyabr 2011 12:58 (UTC +04:00)
APA-nın Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, paradda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbi qulluqçuları da iştirak edib. Paradı açan Ermənistanın müdafiə naziri Seyran Ohanyan rus əsgərlərini rus dilində salamlayıb.

Paradda təxminən 4 min hərbçi iştirak edib və 300 ədəddən çox hərbi texnika nümayiş olunub. Hərbi texnika ilə bərabər paradda “Toçka-U” taktiki raket kompleksi, “Smerç” atəş sistemləri, “Elbrus” 9K72 operativ-taktiki raket kompleksi, C-300 zenit-raket kompleksi, ağır artilleriya qurğuları, tank əleyhinə raket sistemləri, hava hücumundan müdafiə sistemləri, eləcə də Ermənistanın öz istehsalı olan “Krunk” (Durna) pilotsuz uçuş aparatı da nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR