Bank Of Baku

Rusiyalı politoloq: ”Dağlıq Qarabağ problemini vasitəçiliklə həll etmək mümkün deyil”

Rusiyalı politoloq: ”Dağlıq Qarabağ problemini vasitəçiliklə həll etmək mümkün deyil”
# 17 oktyabr 2011 19:20 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Azərbaycanın ABŞ üçün nə dərəcədə maraqlı olması Rusiyaya bəllidir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskvada Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunan tədbirdə rusiyalı politoloq Ajdar Kurtov bildirib. Onun sözlərinə görə, Azərbaycan Xəzər enerji resurslarının qərbə daşınmasında və ABŞ-ın İranı nəzarətdə saxlamasında mühüm rol oynayır: “Məşhur siyasətçi Bzejinskinin kitabında yazdığı kimi, Azərbaycan “butulka ağzındakı qapağa” bənzəyir. O dövrdə bu qapağı açmaq ABŞ diplomatlarının üzərinə vəzifə kimi qoyulmuşdu. Azərbaycan müstəqil olandan sonra onlar bu vəzifənin öhdəsindən gələ bildilər.

A. Kurtov Cənubi Qafqazın hər zaman konfliktli zona olduğunu söyləyib: “Qədim zamanlardan bu günə kimi Cənubi Qafqaz konflikt içində olub. Rusiyanın regiona gəlişi, Azərbaycanın neftlə zəngin ölkə olması regionu daha da konfliktləşdirib. Çox vaxt Dağlıq Qarabağ probleminin həlli yolunun Moskvadan asılı olduğunu söyləyirlər. Bu fikir həm Azərbaycan, həm də Ermənistan tərəfindən səslənir. Lakin, əslində bu belə deyil. Mövcud problemi Moskvanın üzərindən həll etmək olmaz. Tərəflər bunun məsuliyyətini özlərinin üzərinə götürməlidirlər və qərara gəlməlidirlər.

Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru, politoloq Sergey Mixeyev bildirib ki, Dağlıq Qarabağ problemini vasitəçiliklə həll etmək mümkün deyil: “Nə Azərbaycan, nə də Ermənistan Rusiyanın subyekti deyil ki, onlara təsir edə bilsin. Azərbaycan və Ermənistan müstəqil dövlətdirlər. Hər iki dövlət problemi özləri həll etməlidirlər”.

Sergey Mixeyev Rusiyanın Azərbaycanın və ümumilikdə Xəzər regionunun inkişafına inandığını bildirib: “Hesab edirəm ki, Xəzər regionu, ilk növbədə, beş xəzəryanı ölkə üçün prioritet təşkil etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR