Bank Of Baku

Gürcüstanda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə silsilə tədbirlər keçirilib

Gürcüstanda Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə silsilə tədbirlər keçirilib
# 18 oktyabr 2011 20:30 (UTC +04:00)
Tiflis-Marneuli. Nizami Məmmədzadə-APA. Oktyabrın 18-də Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstan paytaxtında Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə Azərbaycan xalqının ümummilli lideri və Gürcüstanın böyük dostu Heydər Əliyevin Tiflisdəki büstü önünə əklil və gül-çiçək dəstələri qoyulub. Mərasimdə Azərbaycan səfiri Azər Hüseyn, səfirlik əməkdaşları, Gürcüstan parlamentinin deputatları, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, gürcü və azərbaycanlı ziyalılar, QHT təşkilatları , jurnalistlər, Tiflis sakinləri iştirak ediblər.
Müstəqilliyə həsr olunan bayram tədbirlərindən biri azərbaycanlıların kompakt yaşadığı Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) keçirilib. Mərkəzə toplaşan tədbir iştirakçıları Tiflisdə Heydər Əliyevin büstünü ziyarət etdikdən sonra Mərkəzin Marneulidəki ofisində ziyalıların, gənclərin və QHT nümayəndələrinin iştirakı ilə tədbir keçiriblər. Tədbiri giriş sözü ilə AMM-in sədri Fazil Həsənov açaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpasında Gürcüstan azərbaycanlılarının rolunu qeyd edib: "Gürcüstanlı azərbaycanlılar Qarabağ döyüşlərində vuruşublar, 20 Yanvarda şəhid olublar. Ən başlıcası odur ki, ulu öndərin qoruduğu, inkişaf etdirdiyi dövlətin 20 illik müstəqilliyini bayram edirik. Bununla bütün dünya azərbaycanlıları kimi, Gürcüstanda yaşayan azərbaycanlılar da fəxr edir və bu bayram münasibəti ilə bütün Dünya Azərbaycanlılarını təbrik edirik".
Sonra tədbirdə "Qeyrət" Xalq hərəkatının sədri Əlibala Əsgərov, bu təşkilatın üzvlərindən olan "Qeyrət" qəzetinin baş redaktoru Zümrüd Qurbanov, iş adamı İsrafil Bayramov, Gürcüstan parlamentinin keçmiş deputatı Hidayət Hüseynov, professor Mahmud Kamaloğlu, gənclər adından Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının sədri Leyla Məmmədova və başqaları çıxış ediblər".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR