Bank Of Baku

Moldova Eduard Bağırovu beynəlxalq axtarışa verə bilər

Moldova Eduard Bağırovu beynəlxalq axtarışa verə bilər
# 19 oktyabr 2011 23:41 (UTC +04:00)
Bakı-APA. Moldovada həbs olunmuş əslən azərbaycanlı yazıçı və bloqqer Eduard Bağırov müxtəlif internet saytlarında etdiyi çıxışlarda Moskvada olduğunu bildirib. Xatırladaq ki, ev dustağı olan Bağırov oktyabrın 18-də yoxa çıxmışdı. Moldova hüquq-mühafizə orqanlarındakı mənbə isə Bağırovun beynəlxalq axtarışa verilə biləcəyini bildirib.

Xatırladaq ki, Eduard Bağırov iyunun 16-da Kişinyovda həbs olunub. Bu həftə Baş Prokurorluq ilə Moldova İnformasiya və Təhlükəsizlik Xidməti onun cinayət işinin təhqiqatını yekunlaşdırıblar. Bloqqer 2009-cu ilin aprelində baş verən kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham olunur. Həmin iğtişaşlar zamanı aksiya iştirakçıları parlament binasını və prezidentin iqamətgahını talan ediblər.

Rusiya Xarici İşlər Nazirliyi Eduard Bağırovu müdafiəsinə qalxıb. Rusiyanın Kişinyovdakı səfirliyi Moldova XİN-ə etiraz notası təqdim edib. Rusiya tərəfi Bağırovun əsassız ittihamlarla həbsdə saxlandığını və daim psixoloji təzyiqə məruz qaldığını iddia edir.

Qeyd edək ki, Eduard Bağırov əslən Azərbaycandandır və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR