Bank Of Baku

MDB ölkələri miqrasiya strukturları rəhbərlərinin toplantısı keçiriləcək

MDB ölkələri miqrasiya strukturları rəhbərlərinin toplantısı keçiriləcək
# 20 oktyabr 2011 07:57 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Oktyabrın 21-də Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri miqrasiya strukturları rəhbərlərinin toplantısı keçiriləcək. APA-nın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi məlumata görə, toplantıda MDB məkanında miqrasiya məsələləri, bu sahədə dövlət və hökümət rəhbərlərinin qərarlarının icrası, habelə əməkçi miqrantlar probleminin müzakirə ediləcəyi gözlənilir.

Eyni zamanda qanunsuz mühacirətlə mübarizə sahəsində MDB əməkdaşlıq planı layihəsi və 2012-ci il üçün dövlətlərarası hərəkət planı da götür-qoy ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR