Bank Of Baku

Gürcüstan Xarici işlər nazirliyində Qriqol Vaşadzenin Azərbaycana səfəri müzakirə olunub

Gürcüstan Xarici işlər nazirliyində Qriqol Vaşadzenin Azərbaycana səfəri müzakirə olunub
# 20 oktyabr 2011 22:09 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Oktyabrın 20-də Gürcüstan Xarici İşlər Nazirliyində Qriqol Vaşadzenin Azərbaycana rəsmi səfəri müzakirə olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, rəsmi səfər məsələsi xarici işlər naziri Qriqol Vaşadze və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynin görüşü gedişində müzakirə olunub.
Xarici işlər nazirliyinin məlumatına görə, nazir Qriqol Vaşadzenin Bakıya rəsmi səfəri 26-27 oktyabrda baş tutacaq.
Görüşdə Q. Vaşadze və A. Hüseyn eyni zamanda ikitərəfli əməkdaşlığın aktual problemlərini müsakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR