Bank Of Baku

Rusiya və Ermənistan arasında bir neçə sənəd imzalanıb

Rusiya və Ermənistan arasında bir neçə sənəd imzalanıb
# 24 oktyabr 2011 12:48 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Bu gün Moskvada keçirilən Rusiya-Ermənistan danışıqlarının yekunlarına əsasən bir sıra ikitərəfli sazişlər imzalanıb. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu sənədlər arasında humanitar, gənclər siyasəti sahəsində əməkdaşlıq, səhiyyə nazirlikləri arasında işbirliyi, habelə ikiqat vergidən yayınmaq haqda sazişə əlavə imzalanıb.

Eyni zamanda Rusiya və Ermənistan XİN arasında 2012-2013-cü illər üçün məsləhətləşmələrə dair protokol imzalanıb.

Sazişlərin imzalanması mərasimindən öncə isə prezidentlər Dmitri Medvedev və Serj Sarkisyan arasında təkbətək və geniş tərkibli nümayəndə heyətləri çərçivəsində danışıqlar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR