Bank Of Baku

Türkiyədəki zəlzələ nəticəsində “Metsamor” Atom Elektrik Stansiyasına ziyan dəyməyib

Türkiyədəki zəlzələ nəticəsində “Metsamor” Atom Elektrik Stansiyasına ziyan dəyməyib
# 24 oktyabr 2011 13:23 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Türkiyədə baş verən zəlzələ nəticəsində Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasına heç bir ziyan dəyməyib. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyənin Van vilayətində baş verən zəlzələ “Metsamor” AES-in ərazisində 3 bal gücündə hiss olunub və heç bir dağıntı baş verməyib.

AES-in direktoru Qaqik Markosyan deyib ki, stansiya 9 bal gücündə zəlzələyə davamlıdır, buna görə də heç bir dağıntıdan söhbət gedə bilməz. O əlavə edib ki, stansiya 11 sentyabrdan etibarən əsaslı təmirə dayanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR