Bank Of Baku

Qaçeçiladze: "Ermənistan AES-in yaxınlığında da zəlzələ baş verə bilər"

Qaçeçiladze: "Ermənistan AES-in yaxınlığında da zəlzələ baş verə bilər"
# 24 oktyabr 2011 23:30 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Türkiyə və Ermənistan əraziləri seysmik aktivliyə malik zonalardır. Ona görə, Ermənistan AES-ə yaxın olan bu ərazilərdə təhlükə var və baş verən zəlzələlər fəlakət yarada bilər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri "Yaşıllar partiyası"nın lideri Georgi Qaçeçiladze gürcü mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, güclü zəlzələ Türkiyə və Ermənistanda növbəli xarakter daşıyır və bu ərazidən keçən tektonik parçalanmalarla əlaqədardır. Qaçeçiladze Türkiyədə və Ermənistanda baş verən zəlzələləri xatırladıb. "1976-cı ildə Türkiyədə güclü zəlzələ nəticəsində 4000 nəfər həlak oldu, 80-ci illərdə Spitakda və Türkiyədə isə yenə 1999-cu ildə zəlzələ baş verdi. Nəticədə Türkiyədə 20 000 nəfər insan həlak oldu. Dünənki zəlzələ isə yenə də Türkiyədə baş verdi. Bu zəlzələlər fasiləli olaraq hər on ildən bir baş verir. Buna görə də atom elektrik stansiyanın yaxınlığında da belə təbii fəlakət gözləmək olar. Bu stansiya sovet dönəmində inşa edilib və onun təmiri ciddi şəkildə həyata keçirilməyib. Belə zəlzələlər isə bu stansiyaya ciddi xəsarət verə bilər. Biz, ətrafı mühiti mühafizə müdafiəçiləri çoxdandır ki, bu stansiyanın ləğv olunmasını tələb edirik. Hətta Avropa Birliyi (AB) Ermənistana bu stansiyanı ləğv etmək və alternativ enerji mənbələri yaratmaq üçün müəyyən məbləğdə vəsait vəd etmişdi. Bir vaxt Ermənistan bununla razılaşmış, lakin Rusiyanın "RAO EES" şirkəti atom stansiyasını aldıqdan sonra danışıqlar dayandırılıb. AB yenə də bu məbləği ödəməyə hazırdır. İndi Türkiyədə təkrar zəlzələnin baş verməsi Ermənistanı düşünməyə vadar edə bilər, Qaçeçiladze vurğulayıb.
Qaçeçiladzenin sözlərinə görə, Ermənistan AES xəsarət alarsa, Gürcüstan, Türkiyə, Azərbaycan və İran ciddi təhlükə ilə rastlaşa bilər. "Radiasiya Tiflisə 8 saatdan sonra çata bilər. Sizə zarafat gəlməsin, 2 milyon əhalisi olan şəhər əhalisini necə evakuasiya etmək olar?! Lakin təkcə Tiflislə iş bitmir. Radiasiya bütün ərazi boyu yayılacaq. Siz yəqin ki, təsəvvür edirsiniz. Hansı masştabdan söhbət gedir. Regional fəlakət törəyəcək", Qaçeçiladze qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR