Bank Of Baku

Tiflisdə "Məhsətililər: evə doğru..." kitabının təqdimatı keçirilib

Tiflisdə "Məhsətililər: evə doğru..." kitabının təqdimatı keçirilib
# 25 oktyabr 2011 00:28 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında "Məhsətililər: evə doğru..." kitabının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitab Avropa Birliyinin "1940-cı ildə Gürcüstandan deportasiya edilən insanların nəsillərinin repatriasiyası" proqramı çərçivəsində işıq üzü görüb. Əsəri gürcü, ingilis və rus dillərində "Qafqaz-Avropa azlıqlar üzrə Mərkəz"i nəşr etdirib. ATƏT-in Ali komissarı Knut Vollebekin qeyd etdiyinə görə, kitabın müəllifləri olan Tom Trier, Giya Tarxan-Mouravi və Forrest Klimnik Mehseti türklərinin indi yaşadıqları 9 ölkədə - Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Azərbaycanda, Rusiyada, Ukraynada, Türkiyədə və ABŞ-da elmi araşdırmalar aparıblar. Kitabda Məhsəti türklərinin tarixi haqqında geniş məlumatlar, o cümlədən onların mədəniyyəti, dili, adət-ənənələri və repatriasiya ilə əlaqədar Gürcüstanda olan indiki problemləri, eyni zamanda Gürcüstanda inteqrasiya barədə məlumatlar verilib.

Müəlliflər ümid edirlər ki, yeni nəşr edilən kitab evlərinə qayıtmaq istəyən məshətilələrə repatriasiya və inteqrasiya olunmalarına fəal kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR