Bank Of Baku

Rusiyalı politoloq: “Bu gün Rusiya – Azərbaycan münasibətləri problemsiz dövrünü yaşayır”

Rusiyalı politoloq: “Bu gün Rusiya – Azərbaycan münasibətləri problemsiz dövrünü yaşayır”
# 25 oktyabr 2011 18:30 (UTC +04:00)
Moskva. Fərid Əkbərov- APA. Bu gün Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunan tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, xaricdə təhsil alan azərbaycanlı gənclər təşkilatlarının ilk ocaqlarından sayılan Moskva Dövlət Universitetinin Azərbaycanlı Gənclər Klubu tərəfindən təşkil olunan tədbirdə universitetin müəllim və tələbə heyəti, Azərbaycan diasporunun fəalları iştirak ediblər. MDU Azərbaycanlı Gənclər Klubu ilə tarix fakültəsi arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.
MDU-nun tarix fakültəsinin dekan müavini, politoloq Aleksey Vlasov Rusiya- Azərbaycan münasibətlərinin bütün faktorlarından bəhs edən məruzə ilə çıxış edib. A. Vlasov bildirib ki, bu gün Rusiya – Azərbaycan münasibətləri problemsiz dövrünü yaşayır: “Bu ilk növbədə Azərbaycan diplomatiyasının və bu münasibətə Kremlin adekvat olmasının nəticəsidir”.
MDU-nun tarix fakültəsinin azərbaycanlı müəllimi, dosent İsmayıl Ağakişiyev çıxışında uzun illər Azərbaycan gerçəkliyini təbliğ etməkdə ona azərbaycanlı gənclər klubunun və bu təşkilata Leyla Əliyevanın tam dəstək verdiyini söyləyib.
Daha sonra MDU-nun hüquq fakültəsində təhsil alan Hikmət Nağdəliyevin məruzəsi dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR