Bank Of Baku

Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort bu ölkədə bir sıra görüşlər keçirib

Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort bu ölkədə bir sıra görüşlər keçirib
# 25 oktyabr 2011 21:03 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda ikigünlük səfərdə olan Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort bu ölkədə bir sıra görüşlər keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili, Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze ilə görüşdükdən sonra bu gün F. Lefort Gürcüstanın Xarici işlər Naziri Qriqol Vaşadze ilə görüşüb. Nazirliyin mətbuat və informasiya departamentindən verilən məlumata görə, görüşdə tərəflər Cenevrə danışıqları barədə məsələlər, eyni zamanda Gürcüstanın işğal edilən torpaqlarında sabitlik və təhlükəsizlik məsələləri, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması məsələləri də müzakirə olunub.
Gürcüstan XİN məlumatına görə, görüşdə əsas diqqət AB və Gürcüstan əməkdaşlığının perspektivlərinin dərinləşdirilməsinə yönəldilib.
Qeyd edək ki, F. Lefort oktyabrın 26-27-də Azərbaycanda səfərdə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR