Bank Of Baku

Rusiya Moldovanın Dnestryanı bölgəsindəki separatçı rejimin başçısı İqor Smirnovun oğluna qarşı cinayət işi qaldırıb

Rusiya Moldovanın Dnestryanı bölgəsindəki separatçı rejimin başçısı İqor Smirnovun oğluna qarşı cinayət işi qaldırıb
# 28 oktyabr 2011 15:43 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komitəsi Moldovanın Dnestryanı bölgəsindəki separatçı rejimin başçısı İqor Smirnovun oğlu Oleq Smirnova qarşı cinayət işi qaldırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Oleq Smirnov 160 milyon rubl məbləğində humanitar yardımı mənimsəməkdə ittiham olunur. İş üzrə Dnestryanı bölgə bankının sədr müavini Oleq Brizitski və başqa şəxslərin də adları keçir.

İstintaqın versiyasına əsasən mənimsəmə faktı 2008-2009-cu illərdə gerçəkləşib. Oğurlanan pullar Rusiya tərəfindən təqaüdçülərə və kənd təsərrüfatına dəstək məqsədilə ayrılan vəsaitdir.

Qeyd edək ki, İ. Smirnov 1991-ci ildən Dnestryanı ərazidəki separatçı quruma rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR