Bank Of Baku

Beynəlxalq missiyalar Qırğızıstanda prezident seçkilərinin gedişinə dair ilkin rəylərini açıqlayıblar

Beynəlxalq missiyalar Qırğızıstanda prezident seçkilərinin gedişinə dair ilkin rəylərini açıqlayıblar
# 31 oktyabr 2011 10:39 (UTC +04:00)
APA-nın məlumatına görə, MDB Parlament Assambleyasının müşahidə missiyası seçkilərin gedişində seçki qanunvericiliyinin sistemli şəkildə pozulması faktlarının aşkarlanmadığını, seçkilərin nəticələrini şübhə altına ala biləcək pozuntulara rast gəlinmədiyini bildirib. Missiyanın rəhbəri, Rusiya Federasiya Şurasının birinci vitse-spikeri Aleksandr Torşin qeyd edib ki, səsvermə prosesində əhəmiyyətsiz qanun pozuntularına rast gəlinib ki, bu pozuntular da nəticələrə təsir göstərmək iqtidarında deyil: “Buna səbəb Qırğızıstanın seçki qanunvericiliyinin seçkilərə kimi tam modernizə olunmasıdır və indi bu qanunvericilik inzibati resurslardan istifadənin mümkünlüyünü tam istisna edir. Bişkek, Oş və Cəlalabaddan aldığımız məlumatlar göstərir ki, seçkilərin ikinci turunun keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil”. Rusiyalı senator seçici aktivliyinin aşağı olmasına havaların soyuq keçməsinin də təsir göstərdiyini deyib.

AŞPA müşahidə missiyasının təmsilçisi Nursuna Memekan seçkilərin yaxşı təşkil olunduğunu, lakin bəzi aspektlərin beynəlxalq standartlara uyğun olmadığını açıqlayıb. AŞPA müşahidəçiləri səsvermə prosesində əsas problemlərdən birinin seçici siyahıları ilə bağlı olduğunu bildiriblər. Adlarını seçici siyahılarında tapa bilməyən bir sıra vətəndaşlar bu səbəbdən səsvermə hüququndan istifadə edə bilməyiblər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Qırğızıstan MSK-nın bəslənən ümidləri tam doğrultmadığını, daha yaxşı seçkilər keçirməyin mümkün olduğunu bəyan ediblər. ATƏT-in uzunmüddətli missiyasının üzvü Korin Conker keçirdiyi mətbuat konfransında qeyd edib ki, MSK-nın şəffaflığın təmin olunması və müşahidəçilərə münasibət sahəsində fəaliyyəti missiyanı qane etməyib: “Biz səslərin hesablanmasını yaxşılaşdırmaq üçün demokratik prosesləri sürətləndirməyə çağırırıq. Bir çox məntəqələrdə səslərin hesablanması prosesi müşahidəçilərimiz tərəfindən neqativ dəyərləndirilib və rəqəmlər süni şəkildə şişirdilib”.

Qeyd edək ki, dünən Qırğızıstanda keçirilən prezident seçkilərində səslərin hesablanması başa çatmaq üzrədir. MSK-nın məlumatına görə, prezidentliyə namizəd, hazırkı baş nazir Almazbek Atambayev səslərin 62,88 faizini toplayıb. Seçkiləri 56 ölkədən 800-ə yaxın beynəlxalq müşahidəçi izləyib. Səsvermə prosesini müşahidə edən 18 nəfərlik MDB müşahidə missiyasının tərkibinə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Azərbaycan və Ermənistan parlamentlərinin üzvləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR