Bank Of Baku

TürkPA müşahidə missiyası Qırğızıstanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair yekun rəyini açıqlayıb

TürkPA müşahidə missiyası Qırğızıstanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair yekun rəyini açıqlayıb
# 31 oktyabr 2011 15:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Qırğızıstanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair yekun rəyi açıqlayıb. Bu barədə APA-ya TürkPA Beynəlxalq Katibliyinin mətbuat xidmətindən məlumat verilib.

TürkPA beynəlxalq müşahidəçilər missiyası oktyabrın 30-da Qırğızıstanda keçirilmiş prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirərək seçkilərin nəticələrinə dair yekun rəyi açıqlayıblar.

TürkPA müşahidəçiləri seçkilərin xırda detallar istisna olmaqla, azad, şəffaf və ədalətli keçdiyini, beynəlxalq hüquq normalarına cavab verdiyini bəyan edib. Seçkilərdə hər bir namizədə eyni şəraitin yaradılmasını, seçki məntəqələrində seçicilərə heç bir müdaxilə olunmadığını və seçicilərin aktivliyini vurğulayan TürkPA mandatı, seçkilərin nəticələrini rəsmi olaraq tanıdığını bildirib.

Qeyd edək ki, TürkPA beynəlxalq müşahidəçilər missiyasının tərkibinə Azərbaycan, Qazaxıstan, Türkiyə parlamentlərinin üzvləri və TürkPA Katibliyinin əməkdaşları daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR