Bank Of Baku

Qırğızıstanda prezident seçkilərində səsvermənin nəticələrinin hesablanması başa çatıb

Qırğızıstanda prezident seçkilərində səsvermənin nəticələrinin hesablanması başa çatıb
# 01 noyabr 2011 07:05 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində səsvermənin nəticələrini başa çatdırıb. APA-nın məlumatına görə, MSK səslərin 9996 faizini hesabladıqlarını bəyan edib. Səsvermənin nəticələrinə görə, hazırkı baş nazir Almazbek Atambayev səslərin 63,24 faizini toplayıb. “Vahid Qırğızıstan” partiyasının lideri Adaxan Madumarov 14,76%, sabiq fövqəladə hallar naziri, hazırda “Ata-Jurt” partiyasının lideri Kamçıbek Taşiyev 14,33 faiz səs toplayıb. Digər namizədlərin topladığı səslər isə 1 faizdən azdır.

Madumarov və Taşiyev artıq seçkilərin nəticələri ilə razı olmadıqlarını bildiriblər.

Qeyd edək ki, Qırğızıstan prezidenti altı il müddətinə seçilir. Eyni şəxs bir dəfədən artıq prezident seçilə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR