Bank Of Baku

Gürcüstan XİN Serj Sərkisyanın Tiflisə səfərinin təxirə salınması xəbərini təkzib edib

Gürcüstan XİN Serj Sərkisyanın Tiflisə səfərinin təxirə salınması xəbərini təkzib edib
# 01 noyabr 2011 08:24 (UTC +04:00)
APA-nın məlumatına görə, Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bəyan edib ki, bu informasiya həqiqətə uyğun deyil. Bununla belə, gürcü rəsmisi etiraf edib ki, indi tərəflər Sərkisyanın Gürcüstana səfərinin tarixini müəyyən etməyə çalışırlar.

Xatırladaq ki, Sərkisyanla Saakaşvili arasında soyuqluğa səbəb Gürcüstan dövlət başçısının iki ölkə sərhədindəki torpaq sürüşməsi zamanı verdiyi bəyanat olub. O zaman Saakaşvili fövqəladə müdaxilə tələb olunduğu halda Ermənistan hökumətinin ləng hərəkət etdiyini bildirmişdi. Bunun ardınca erməni nəşrləri Sərkisyanın bundan bərk incidiyini və Tiflisə səfərini təxirə saldığını yazıblar. Kütləvi informasiya vasitələri israr edir ki, Sərkisyanla Saakaşvili arasında problemin olmasını Ermənistan prezidentinin səfərinin təxmini tarixinin belə müəyyən olunmadığı faktı təsdiqləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR