Bank Of Baku

Ermənistan polisinin rəhbəri işdən çıxarılıb

Ermənistan polisinin rəhbəri işdən çıxarılıb
# 01 noyabr 2011 10:24 (UTC +04:00)
Bakı – APA. Ermənistan polisinin rəhbəri (daxili işlər naziri) Alik Sarkisyan vəzifədən çıxarıldığı barədə xəbərləri təsdiqləyib. APA-nın xəbərinə görə, A. Sarkisyan “Azadlıq” radiosunun erməni redaksiyasının bu barədə sualını cavablandırarkən “bəli, mənə elə indi telefon edərək işdən azad olunduğumu söylədilər”, deyib. O, bunda təəccüblü bir şey görmədiyini bildirib: “Bu, normal haldır. Qeyri-adi heç nə baş verməyib. Mən ölkəyə, onun rəhbərinə xidmət etməyə davam edəcəyəm. Mənim həyatımda heç nə dəyişməyəcək”.

A. Sarkisyan qeyd edib ki, vəzifədən uzaqlaşdırılmasına səbəb kimi işinin qeyri-qənaətbəxş olduğu göstərilə bilməz: “Mənim göstəricilərim yaxşıdır. Hazırda polisin işində heç bir əyinti yoxdur”.

A. Sarkisyan başqa vəzifəyə təyin olunub-olunmayacağını hələlik bilmədiyini və prezidentin qəbuluna getdiyini vurğulayıb: “Mən xüsusi vəzifə gözləmirəm. Prezidentin təklifini müzakirə etməyəcəyəm. Prezidentin hər qərarını icra etməyə hazıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR