Bank Of Baku

Ermənistan parlamentinin fraksiya rəhbəri:“Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin acı nəticələrini görəcəyik”

Ermənistan parlamentinin fraksiya rəhbəri:“Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin acı nəticələrini görəcəyik”
# 02 noyabr 2011 00:14 (UTC +04:00)
Bakı-APA. Ermənistan parlamentinin Daşnaktsutyun fraksiyasının rəhbəri Vahan Ovanisyan deyib ki, bir qədər sonra Ermənistan Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin acı nəticələrini görəcək.
O bildirib ki, Azərbaycanın TŞ-na qəbul olunmasının qarşısını almaq üçün Ermənistan gərək öz namizədliyini daha da fəal irəli sürəydi.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin apardığı siyasət daima belə uğursuz nəticələr verəcək.

Ovanisyan vurğulayıb ki, Azərbaycan Təhlükəsizlik Şurasında veto hüququna malik olmasa da, təşkilatın gündəliyini formalaşdırmaq hüququna malikdir. Təbii ki, Bakı bundan istifadə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR