Bank Of Baku

Rusiya XİN: “Nyu-York məhkəməsinin Rusiya vətəndaşı Viktor Butla bağlı çıxardığı qərar ABŞ hökümətinin təzyiqi altında verilib”

Rusiya XİN: “Nyu-York məhkəməsinin Rusiya vətəndaşı Viktor Butla bağlı çıxardığı qərar ABŞ hökümətinin təzyiqi altında verilib”
# 03 noyabr 2011 22:29 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Nyu-York məhkəməsinin Rusiya vətəndaşı Viktor Butla bağlı çıxardığı qərar ABŞ hökümətinin təzyiqi altında verilib”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya vətəndaşının hüquqlarını qoruyacq: “Məhkəmənin obyektivliyi və ədalətliyinə şübhə edirik. Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşının vətənə qayıtmasına səy göstərməkdə davam edəcək”.
Keçmiş sovet ordusu zabiti Viktor But Nyu-Yorkda keçirilən məhkəmə prosesində Kolumbiyalı üsyançı dəstəyə silah satmaq cəhdində təqsirli bilinib.
Qeyd edək ki, Viktor But Banqkokda 2008-ci ildə həbs olunub. 2 il Banqkok həbsxanasında qaldıqdan sonar ABŞ-a ekstradisiya olunub. ABŞ-da muhakimə olunan V. But Kolumbiyanın solçu üsyançı qrupu olan Fark - Kolumbiya İnqilab Silahlı Qüvvələri - qrupuna silah satmaq cəhdində təqsirli ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR