Bank Of Baku

Gürcüstan və Rusiya ÜTT-yə üzvlüklə bağlı sazişi bu həftə imzalayacaq

Gürcüstan və Rusiya ÜTT-yə üzvlüklə bağlı sazişi bu həftə imzalayacaq
# 07 noyabr 2011 12:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Gürcüstan və Rusiya arasında Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasına dair aparılan danışıqlar üzrə hazırlanmış saziş artıq razılaşdırılıb və sənədin noyabrın 10-dək imzalanacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bəyan edib.

Qeyd edək ki, İsveçrə tərəfindən irəli sürülən təkliflərin kompromis variantı yüklərin Abxaziya və Cənubi Osetiya ilə Rusiya arasında sərhəddən keçirilməsi üzrə beynəlxalq monitorinqin təşkilini nəzərdə tutur.

Nazir müavini bildirib ki, danışıqlar zamanı Gürcüstan tərəfi məsələnin siyasiləşməsindən uzaq olmağa çalışıb.

Xatırladaq ki, Rusiya 1993-cü ildən ÜTT-yə üzv olmağa çalışır və 2008-ci ildə Gürcüstan qurumun üzvü kimi bu danışıqlardan çıxıb. Bunun səbəbi kimi Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiyada sanksiyaların aradan qaldırılması fərmanı olub. Bu ilin mayında danışıqlar yenidən bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR