Bank Of Baku

Gürcüstan XİN: Sərkisyanın Gürcüstana səfərinin baş tutacağına əminik

Gürcüstan XİN: Sərkisyanın Gürcüstana səfərinin baş tutacağına əminik
# 07 noyabr 2011 13:49 (UTC +04:00)
Bakı – APA. Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstana səfəri tərəflər arasında tarixin dəqiqləşdirilməsi aparılandan sonra baş tutacaq. APA-nın məlumatına görə, bunu Gürcüstanın xarici işlər nazirinin müavini xanım Nino Kalandadze bu gün keçirdiyi brifinqdə bildirib.

«Məndə Ermənistan prezidentinin öz gürcü həmkarından inciməsi barədə məlumat yoxdur. Əksinə, qeyd etmək istəyirəm ki, onların çox yaxşı münasibətləri var – təkcə həmkar və qonşu kimi deyil, həm də şəxsi münasibətlərində», - deyə N.Kalandadze qeyd edib.

Onun sözlərinə görə, gürcü tərəfi şübhə etmir ki, «tarixlə bağlı razılıq əldə edəndən sonra Ermənistan prezidentinin Gürcüstana səfəri baş tutacaq».

Nazir müavini onu da təkzib edib ki, Gürcüstan XİN-in başçısı Qriqol Vaşadzenin Ermənistana bugünkü səfəri bu ölkə prezidentinin Gürcüstana baş tutmayan səfəri ilə bağlıdır. Kalandadze bildirib ki, bu işçi səfərdir və onun tarixi çoxdan dəqiqləşdirilib.

Xatırladaq ki, Gürcüstan XİN-in başçısı Q.Vaşadze bu gün Ermənistana səfərə gedib. Gürcüstan mətbuatının yazdığına görə, səfər zamanı onun Ermənistan prezidenti Serj Sərkisyanla da görüşü nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR