Bank Of Baku

Gürcüstanlı milyarder aparıcı siyasi qüvvələrlə əməkdaşlıq edəcək

Gürcüstanlı milyarder aparıcı siyasi qüvvələrlə əməkdaşlıq edəcək
# 07 noyabr 2011 14:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu günlərdə siyasi karyerasına başladığını bildirən tanınmış gürcüstanlı milyarder Bidzina İvanişvili bundan sonrakı fəaliyyətinə dair açıqlama ilə çıxış edib.
APA-nın Gürcüstan KİV-nə istinadən verdiyi məlumata görə, B.İvanişvili müsahibəsində bildirib ki, müxalif siyasi qüvvə olaraq ilkin məqsədlərindən biri Gürcüstanın bütün müxalifətini birləşdirmək olmasa da, parlamentin keçmiş sədri Nino Burcanadze ilə əməkdaşlıqda maraqlıdır. Siyasi fəaliyyətə yeni başlayan gürcü milyarder qeyd edib ki, onun yaradacağı siyasi blokda yalnız Respublika və İrakli Alasaniyanın rəhbərlik etdiyi Bizim Gürcüstan – Azad Demokratlar partiyaları təmsil olunacaqlar: «Nino Burcanadzenin siyasi mübarizəsi ilə mənim prinsiplərim arasında fərqlər mövcuddur. Ən böyük fərq kütləvi aksiyalarla bağlıdır ki, mən bu tip mübarizə üsulunu məqbul hesab etmirəm».
B.İvanişvili qeyd edib ki, buna baxmayaraq, müxalifətdə və iqtidarda olan bütün siyasətçilərlə əməkdaşlığa hazırdır. Bununla yanaşı o, Bütün Gürcüstanın Patriarxı II İlya ilə görüş üçün razılığın əldə olunduğunu da söyləyib.
Həmçinin müsahibəsində B.İvanişvili müstəqil mətbuat qurumu yaradacağı haqda da açıqlama verib.
Qeyd edək ki, Gürcüstan vətəndaşı olan Bidzina İvanişvili oktyabrın 7-də aktiv siyasi fəaliyyətlə məşğul olacağını bildirib və hazırkı prezident Mixail Saakaşvilinin siyasətini tənqid edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR