Bank Of Baku

Beynəlxalq Valyuta Fondu: Rusiya neftdən asılılığını azaltmalıdır

Beynəlxalq Valyuta Fondu: Rusiya neftdən asılılığını azaltmalıdır
# 09 noyabr 2011 01:41 (UTC +04:00)
Bakı-APA.Beynəlxalq Valyuta Fondunun rəhbəri bəyan edib ki, dünyanın ən iri neft istehsalçısı olan Rusiya neft ixracına asılılığı azaltmalıdır və iqtisadiyyatında diversifikasiya aparmalıdır.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Fondun rəhbəri Kristin Laqard Moskvada çıxışında deyib ki, Rusiya son illərdə bir sıra maliyyə islahatları həyata keçirib, amma hələ də müəyyən “zəif nöqtələri” var. O, ölkənin büdcə defisitinin üç dəfə artdığını və Rusiya iqtisadiyyatında müxtəlifliyə ehtiyac olduğunu vurğulayıb.

Rusiya 1998-ci ildə öz borclarında defolt edərək valyutasının məzənnəsini endirməli oldu. Bu tənəzzülə səbəb neft qiymətlərinin kəskin düşməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR