Bank Of Baku

Qazaxıstan millət vəkilləri parlamentin buraxılması xahişi ilə prezidentə müraciət ediblər

Qazaxıstan millət vəkilləri parlamentin buraxılması xahişi ilə prezidentə müraciət ediblər
# 10 noyabr 2011 08:11 (UTC +04:00)
Bakı-APA. Qazaxıstan parlamentinin aşağı palatasının – Məclisin deputatları prezident Nursultan Nazarbayevə müraciət edərək Məclisi buraxmağı xahiş ediblər. APA-nın məlumatına görə, parlamentin üzvü Nurtay Sabilyanov bildirib ki, növbəti parlament seçkiləri gələn ilin avqustunda keçirilməlidir: “Lakin hazırda cəmiyyət arasında parlamentin buraxılmasına dair söz-söhbətlər gedir. Qanun bizə prezidentə bununla bağlı müraciət etmək hüququ verir. Qazaxıstan bu il müstəqilliyinin 20 illiyini qeyd edir. GƏlən il ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyur, bu mərhələyə yeni parlament və hökumətlə başlamaq simvolik və mühüm olardı. Növbəti parlament qanuna əsasən ən azı iki partiyanın iştirakı ilə formalaşdırılmalıdır, bu mexanizmi reallaşdırmaq vacibdir. Gələn il yeni iqtisadi böhran dalğası gözlənilir və bu Qazaxıstan iqtisadiyyatına da təsirsiz ötüşməyə bilər. Bu dövrə kimi seçkiləri keçirmək lazımdır”.

Qazaxıstan qanunvericiliyinə əsasən, prezident deputatlar və baş nazirlə məsləhətləşdikdən sonra parlamentin aşağı palatasını buraxa bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR