Bank Of Baku

Ramaz Nikolaişvili: “İpək yolu Gürcüstanı inkişafa aparır”

Ramaz Nikolaişvili: “İpək yolu Gürcüstanı inkişafa aparır”
# 10 noyabr 2011 20:41 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. "Biz çox şadıq ki, İpək yolu bizim ölkədən keçir". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan paytaxtında “Cənubi Qafqazda nəqliyyatın inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxış edən regional inkişaf və infrastruktur naziri bildirib. Onun sözlərinə görə, bu yol Gürcüstanı inkişafa aparır: "Biz qonşularımızla infrastruktur proqramlarının inkişaf etdirilməsi üzərində işləyəcəyik. Bizə Asiya İnkişaf Fondu, Dünya bankı maliyyə köməyi edir. Bizim ölkədən keçən yüklər tikdiyimiz yollarla Avropaya aparılacaq. Biz Cənubi Qafqaz ölkələri ilə bir çox layihələr üzərində işləyəcək, eyni zamanda təcrübə mübadiləsi aparacağıq".

Qeyd edək ki, noyabrın 10-11-də Tiflisdə Cənubi Qafqaz ölkələrinin nəqliyyat nazirlərinin iştirakı ilə “Cənubi Qafqazda nəqliyyatın inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir. Sabah həmin tədbirə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti də qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR