Bank Of Baku

Prokuror Minsk Metrosunda terror akt törədən şəxslərin ölüm cəzasına məhkum edilməsini istəyib

Prokuror Minsk Metrosunda terror akt törədən şəxslərin ölüm cəzasına məhkum edilməsini istəyib
# 14 noyabr 2011 16:11 (UTC +04:00)
Bakı-APA. Belarusda Minsk metrosunda partlayış törətməkdə ittiham olunan şəxslərin məhkəməsi başa çatmaq üzrədir. APA-nın məlumatına görə, dövlət ittihamçısı məhkəmədən ittiham olunan Dmitri Konovalov və Vlad Kovalyovun ölüm cəzasına məhkum olunmasını istəyib. O, hər iki şəxsin cinayətinin tam sübuta yetirildiyini və Belarus ərazisində terror akt törədən şəxslərin ən sərt cəzaya - ölüm hökmünə layiq olduğunu deyib. Dmitri Konovalov və Vlad Kovalyov 2005-ci ildə Vitebskdə və 2008-ci ildə Minskdə terror aktı törətməkdə ittiham olunurlar.

Qeyd edək ki, 2008-ci il aprelin 11-də Minsk Metropoliteninin “Oktyabrskaya” stansiyasənda baş verən partlayış nəticəsində 15 nəfər ölüb, iki yüzə yaxın insan yaralanıb. Partlayışdan iki gün sonra videomüşahidə kamerasındakı çəkilişlər əsasında terror aktını törədənlərin şəxsiyyəti müəyyənləşib. Faktla bağlı beş nəfər saxlansa da, sonradan onlardan üçü azadlığa buraxılıb. Dmitri Konovalov istintaqa verdiyi ifadədə partlayışı ölkədə stabilliyi pozmaq məqsədilə törətdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR