Bank Of Baku

Müstəntiqlər Moskvanın keçmiş meri Yuri Lujkovu sorğu-suala tutublar

Müstəntiqlər Moskvanın keçmiş meri Yuri Lujkovu sorğu-suala tutublar
# 16 noyabr 2011 03:10 (UTC +04:00)
Bakı-APA. Moskvanın keçmiş meri Yuri Lujkov Rusiya DİN-nin istintaq idarəsində 4 saat ərzində ifadə verib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Lujkov müstəntiqlə söhbətə Moskva Bankında iri məbləğdə vəsaitin mənimsənilməsi işi ilə bağlı dəvət edilib. Moskvanın eks-meri bu işlə bağlı şahid qismində dindirilib.
Müstəntiqlə söhbət zamanı Lujkovu onun vəkili Henri Reznik müşayət edib.
Vəkilin sözlərinə görə, Yuri Lujkova qarşı heç bir ittiham irəli sürülməyib.
İstintaq iddia edir ki, Moskva Bankının keçmiş prezidenti Andrey Borodin, onun 1-ci müavini Dmitri Akulinin və digərlər Banka 12,7 mlrd rubl məbləğində ziyan vurublar. Həmin ittiham əsasında sözü gedən şəxslər 10 il müddətinə azadlıqdan məhrum oluna bilərlər.
Eks-mer Lujkov müstəntiqlə söhbətə oktyabrın 28-də gəlməli idi, lakin o zaman Y.Lujkov xaricdə olub.

Noyabrın 9-da Yuri Lujkov Rusiyaya qayıdıb və ifadə verməyə hazır olduğunu bildirib.

Henri Reznik deyib ki, onun müstəntiqlə görüşdə iştirakının məqsədi, məsələyə aid olmayan sualların verilməsinin qarşısını almaq məqsədi daşıyıb.

Vəkil müstəntiqin sualları ilə bağlı heç bir irad olmadığını qeyd edib.

İstintaqın iddia etdiyi kimi, Premyer Estate şirkəti Moskvanın qərbində torpaq sahəsinin alınması üçün Moskva Bankından 12,7 mlrd rubl götürüb. Banka bunun üçün Moskva büdcəsindən 15 mlrd rubl vəsait ayrılıb.

İstintaq iddia edir ki, Premyer Estate öz öhdəliklərini yerinə yetirməyib. İddia olunduğuna görə, guya həmin vəsait Lujkovun həyat yoldaşı Yelena Baturinanın şəxsi hesabına köçürülüb. Yelena Baturina o dövrdə "İnteco" şirkətinə rəhbərlik edib.

Borodin və Akulinin Premyer Estate şirkətinə pul ayrılmasında iştirak etməkdə ittiham olunurlar. Onların hər ikisi bu ittihamları rədd edir.

Yuri Lujkovun özü bu işi siyasi motivli bir iş kimi dəyərləndirir.

Onun fikrincə bu işi hüquq-mühafizə orqanları bundan əvvəl də yoxlayıblar və "heç bir şey tapa bilməyiblər".

Lujkov hesab edir ki, onun müstəntiq tərəfindən dəvət olunmasının səbəbi "Svoboda" radiosuna verdiyi hakimiyyət üçün tənqidi ruhlu müsahibəsidir.

Həmin müsahibəsində Yuri Lujkov Rusiyanın hakim "Yedinaya Rossiya" partiyasını tənqid edib.

Özü bu partiyanın banilərindən olan keçmiş mer proqnozlaşdırıb kı, dekabr ayında keçiriləcək parlament seçkilərində "yedinoroslar" səs itirəcəklər və "bu onlara ciddi dərs olacaq".

Bu arada Kommersant qəzeti xəbər verib ki, Yuri Lujkovun oğlu Aleksandr Lujkov News Outdor biznes qrupuna öz reklam şirkətlərini satıb.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR