Bank Of Baku

Rusiya ordusunun komandanı yerli istehsal olan hərbi texnikanın xarici analoqlarından geri qaldığını etiraf edib

Rusiya ordusunun komandanı yerli istehsal olan hərbi texnikanın xarici analoqlarından geri qaldığını etiraf edib
# 17 noyabr 2011 11:51 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nikolay Makarov deyib. General misal olaraq Rusiyanın T-90 tankı ilə İsrailin “Merkava-MK4”, Rusiyanın “Smerch”» reaktiv atəş sistemi ilə ABŞ-ın HIMARS sistemini müqayisə edib.

N. Makarov bildirib ki, “Merkava-MK4”ün atəş uzaqlığı 6 km olduğu halda, T-90-da bu, 2,5 km-dir. Amerikanın HIMARS sistemi 150 km uzaqlıqdakı hədəfləri vura bildiyi halda, Rusiyanın “Smerch”i 70 km məsafəyə atəş açma qabiliyyətinə malikdir. Rusiyanın kosmosdakı elektro-optik aparatları orbitdə 3-5 il “yaşadıqları” halda, xarici analoqların ömrü 15 ildir.

Qeyd edək ki, 2011-ci ilin mart ayında Rusiya Quru Qoşunlarının komandanı Aleksandr Postnikov da belə bir etirafla çıxış edib. A. Postnikov Rusiya istehsalı olan zirehli tankları, artilleriya sistemlərin və atıcı silahları tənqid edərək bildirmişdi ki, bu silah nümunələri nəinki NATO ölkələrində, hətta Çində istehsal edilən analoqlarına uyğun deyil. Quru Qoşunlarının komandanı əlavə etmişdi ki, Rusiyanın “yeni nəsil ana müharibə tankı” adlandırdığı T-90 əslində sovet T-72 tanklarının 17-ci modifikasiyasıdır. Biri 118 milyon rubla başa gələn bu tankın əvəzinə Almaniya istehsalı olan 3 ədəd “Leopard” tankı almaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR