Bank Of Baku

Bişkekdə türk malları sərgisi keçiriləcək

Bişkekdə türk malları sərgisi keçiriləcək
# 18 noyabr 2011 18:40 (UTC +04:00)
Bişkek. Ramiz Məşədihəsənli – APA. Noyabrın 30-dan dekabrın 5-dək Bişkekdə Qırğızıstan Türkiyə İş Adamları Dərnəyinə daxil olan firma və şirkətlərin istehsal etdiyi məhsulların ənənəvi sərgisi keçiriləcək. Bu barədə APA-nın Orta Asiya bürosuna Qırğızıstan Türkiyə İş Adamları Dərnəyini İdarə Heyətinin sədri Hüseyin Muslu məlumat verib.
H.Muslunun sözlərinə görə, Qırğızıstan bazarında özünə layiqli yer tutan Türkiyənin tanınmış firmalarının bu bölgədəki müəssisələrinin məhsulları müştərilər tərəfindən maraq və həvəslə alınır. Türk malları həm keyfiyyətinə, həm çeşidinə, həm də uyğun qiymətə olduğu üçün tələbat doğurur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR