Bank Of Baku

Astanada «Türk xalqlarının ortaq kəlmələri» beynəlxalq konfransı başa çatıb

Astanada «Türk xalqlarının ortaq  kəlmələri» beynəlxalq konfransı başa çatıb
# 18 noyabr 2011 19:41 (UTC +04:00)
Almatı. Hökümə Xəlilova – APA. Astanada başa çatan “Türk xalqları ortaq kəlmələr” adlı beynəlxalq konfransda çıxış edən Qazaxıstan mədəniyyət nazirinin müavini Qaziz Telebayev ortaq Türk kəlmələrinin geniş müzakirəyə səbəb olduğunu bildirib. Bu barədə Qazaxıstan Mədəniyyət nazirliyinin mətbuat xidmətindən APA-nın Orta Asiya bürosuna məlumat veriblər.
Q.Telebayev deyib ki, yer üzündə 200 milyonluq türk xalqı var və bu xalqları birləşdirən ortaq türk dilidir: «Türk dilləri Sovetlər dönəmində bir neçə dəfə əlifbasını dəyişdirdilər. Ona görə də türk xalqlarının bir-birlərini başa düşməsi çox çətinləşdi».
Nazir müavini eyni zamanda 2012-ci ilin Astana şəhərinin Türk xalqlarının mədəniyyət paytaxtı olacağını da konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Türkoloji konfransın işində Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya Federasiyasının türkdilli muxtar qurumlarından nümayəndələr iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR