Bank Of Baku

ABŞ Gürcüstanda yeni radar sistemlərinin quraşdırılmasında iştirak edəcək

ABŞ Gürcüstanda yeni radar sistemlərinin quraşdırılmasında iştirak edəcək
# 19 noyabr 2011 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. ABŞ Gürcüstana ölkə ərazisinə nəzarət üçün yeni radar sistemlərini qurmaqda kömək edəcək. APA-nın məlumatına görə, bunu ABŞ Dəniz Qüvvələrin katibi Rey Meybusla görüşündən sonra keçirdiyi mətbuat konfransında Gürcüstanın daxili işlər naziri Vano Merabişvili bildirib.

Nazirin sözlərinə görə, görüşdə tərəflər sahil mühafizəsi və təhlükəsizlik məsələlərini müzakirə ediblər. V.Merabişvili deyib ki, Gürcüstanda ABŞ vasitəsi ilə müasir radar sistemləri qurulacaq. Bu, Tiflisə ölkənin hava sahəsinə tamamilə nəzarət etmək imkanı verəcək.

«Bu gün bizim Hərbi Dəniz Qüvvələrimiz dəstəyə ehtiyac duyur», - deyə nazir vurğulayıb.

R.Meybus isə qeyd edib ki, rəsmi Vaşinqtonun Gürcüstanın dəstəyi davam etdiriləcək. ABŞ təhlükəsizlik məsələlərində, o cümlədən Hərbi Dəniz Qüvvələrinin infrastrukturunun yenilənməsində Gürcüstana kömək edəcək. Tərəflər eyni zamanda birlikdə Gürcüstanın Qara dəniz sərhədinin gücləndirilməsi üzərində işləyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR