Bank Of Baku

Almatıda bal yarmarkası keçiriləcək

Almatıda bal yarmarkası keçiriləcək
# 19 noyabr 2011 17:36 (UTC +04:00)
Almatı. Ramiz Məşədihəsənli – APA. Noyabrın 25-27-də Almatıda bal yarmarkası keçiriləcək. Bu barədə APA-nın Orta Asiya bürosuna təşkilat komitəsinin sədri, “Etnos-Forum” fondunun rəhbəri və Qazaxıstan Xalqlar Assambleyası katibliyinin cənub bölgəsi üzrə təmsilçisi Qabit Nuradil məlumat verib.
Onun sözlərinə görə, Qazaxıstan “Bal-ara” Milli Arıçılar İttifaqının təqdimatında yarmarkada bu ilin əvvəllərində və avqust ayında xaricdə birinci dərəcəli diploma layiq görülən müalicəvi əhəmiyyətli məhsullar nümayiş olunacaq.
Bu yaxınlarda isə Şərqi Qazaxıstan vilayətinin mərkəzi Ust-Kamenoqorsk şəhərində Türkiyə, Rusiya, Özbəkistan, Tacikistan, İsrail, Çin, Qırğızıstan, Ukraynalı arıçı alimlərin iştirakı ilə II Beynəlxalq Bal festivalı keçirilib və “Avrasiya arıçılar klubu” assosiasiyası yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR