Bank Of Baku

Bişkekdə Ahıska türklərinin Qazaxıstan və Orta Asiyaya sürgününün 67-ci ildönümünü anma mərasimi keçirilib

Bişkekdə Ahıska türklərinin Qazaxıstan və Orta Asiyaya sürgününün 67-ci ildönümünü anma mərasimi keçirilib
# 19 noyabr 2011 21:29 (UTC +04:00)
Bişkek. Ramiz Məşədihəsənli – APA. Bişkekdəki Qırğızıstan Türkiyə Manas Universitetində Türklərin Gürcüstanın Ahıska bölgəsindən Qazaxıstan və Orta Asiyaya sürgününün 67-ci ildönümünü anma mərasimi keçirilib. Bu barədə APA-nın Orta Asiya bürosuna Qırğızıstan Ahıska Türkləri Dərnəyindən Nəzir Əliyev məlumat verib.
Onun sözlərinə görə, dərnəyin Yeni Nəsil Gənclik Qolları tərəfindən təşkil edilən tədbirin əvvəlində sürgün illərində yollarda dünyasını dəyişənlərin və Van zəlzələsi zamanı həlak olanların ruhu anılıb.
Sonra sürgün edilən bir ahıskalı ailəsinin həyatını əks etdirən teatrallaşdırılmış səhnə və 1944-cü ilin payız-qış aylarını - o dəhşətli anları xatırladan sənədli film göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR