Bank Of Baku

Nalçikdə 3 silahlı öldürülüb

Nalçikdə 3 silahlı öldürülüb
# 21 noyabr 2011 09:40 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərində bir mənzildə gizlənmiş silahlı qrup üzvlərinə qarşı əməliyyat keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, silahlı şəxslər təslim olmaq barədə çağırışları rədd ediblər. Binanın kommunikasiyaları kəsildikdən və sakinlər təxliyyə edildikdən sonra əməliyyat başlayıb.

Əməliyyat nəticəsində 3 silahlı öldürülüb. Hüquq-mühafizə orqanlarının işçiləri və mülki əhali arasında itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR