Bank Of Baku

Moldova və separatçı Dnestryanı rejimi arasında danışıqlar 6 ildən sonra bərpa edilib

Moldova və separatçı Dnestryanı rejimi arasında danışıqlar 6 ildən sonra bərpa edilib
# 21 noyabr 2011 17:00 (UTC +04:00)
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, altı illik fasilədən sonra “5+2” formatında ilk rəsmi görüşün noyabrın 30-u, dekabrın 1-də Vilnüsdə keçirilməsi planlaşdırılır.

Dnestryanı münaqişəsinin nizamlanmasına dair danışıqlarda münaqişə tərəfləri qismində Moldova və Dnestryanı, vasitəçi qismində Rusiya, Ukrayna və ATƏT, müşahidəçi qismində isə Avropa Birliyi və ABŞ iştirak edir.

Bu formatda danışıqlar 2006-cı ilin fevralında dayandırılıb. Bununla yanaşı, bu formatda vaxtaşırı məsləhətləşmələr aparılıb.

Qeyd edək ki, SSRİ-nin dağılmasına az qalmış, 1990-cı il sentyabrın 2-də Moldovanın Dnestr çayının sol sahilində yerləşən beş rayonu SSRİ tərkibində Dnestryanı Müttəfiq Respublikasının, sonra isə mərkəzi Tiraspol olmaqla, müstəqil Dnestryanı Moldova Respublikasının (DMR) yarandığını elan edib.

Bunun ardınca çayın sağ sahilində yerləşən Bender şəhəri və ona bitişik bir neçə kənd DMR-in tərkibinə daxil olduğunu açıqlayıb. Buna Kişinyovda radikal millətçilərin Moldovanın SSRİ-nin tərkibindən çıxıb, Rumıniya ilə birləşməli olduğunu bəyan etməsi səbəb olub.

Moldova hakimiyyəti Dnestranı deputatlarının qərarı ilə razılaşmayaraq, məsələni tanınmamış respublikaya qoşun yeritməklə həll etmək istəyib.

1992-ci ildə Dnestryanıda hərbi münaqişə başlayıb. İyulun ortalarına qədər bir neçə ay davam edən silahlı toqquşmalar zamanı general Lebedin komandanı olduğu Rusiyanın 14-cü ordusunun separatçılara yaxından dəstək verməsi nəticəsində Kişinyov sol sahildəki rayonlar üzərində nəzarəti itirib və Dnestryanı Moldovanın nəzarətindən çıxmış əraziyə çevrilib. Separatçılar öz “dövlət atributları”nı qəbul edib, öz valyutalarını buraxıblar.

Münaqişə bölgəsində vəziyyətə hazırda Rusiya, Moldova və Dnestryanı hərbçilərindən ibarət sülhyaratma missiyası və Ukraynadan olan hərbi müşahidəçilər nəzarət edirlər.

Separatçı Tiraspol rejiminin müstəqilliyi heç bir ölkə tərəfindən tanınmayıb. Moldova isə Dnestryanıya vahid dövlət tərkibində muxtariyyət təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR