Bank Of Baku

Azərbaycana göndərilməli olan yük Aktau limanında qalıb

Azərbaycana göndərilməli olan yük Aktau limanında qalıb
# 21 noyabr 2011 20:30 (UTC +04:00)
Almatı. Hökümə Xəlilova – APA. Qazaxıstanın Aktau limanında taxıl terminalında gərginlik yaranıb. Bu barədə APA-nın Orta Asiya bürosuna Aktau limanı direktorunun birinci müavini Dauren Kutbanbayev bildirib.
Onun sözlərinə görə, hazırda taxıl terminalında 20 min tondan çox yük Azərbaycan, Türkiyə, İrana və Bolqarıstana göndərilmək üçün növbədədir. Aktau dəniz limanının aylıq yük göndərmə qabiliyyəti 50 min tona bərabərdir. Noyabr ayı hələ başa çatmayıb, lakin Aktau limanı 90 min ton taxılın göndərilməsinə dair sifariş alıb.
Limanın rəhbərliyi yaxın günlərdə bu problemin çözüləcəyini sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR