Həştərxanda partlayış baş verən binada xilasetmə-axtarış əməliyyatı başa çatıb
29 fevral 2012 09:14 (UTC +04:00)
Bakı-APA. Həştərxanda qaz sızması nəticəsində partlayış baş verən yaşayış binasında xilasetmə-axtarış əməliyyatı başa çatıb. APA-nın məlumatına görə, dağıntılar altından 10 nəfərin meyiti çıxarılıb. Artıq meyitlərin tanınma prosesi başa çatıb. Fövqəladə Hallar nazirliyi hadisə nəticəsində itkin düşənlərin olmadığını açıqlayıb. Partlayış zamanı xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Həştərxan vilayət rəhbərliyi hadisə zamanı zərərçəkənlərin yeni mənzillə təmin olunması və hər ailəyə 1 milyon rubl yardım ödənməsi barədə qərar qəbul edib. Artıq sakinlərin yeni mənzillərə köçürülməsi prosesi başlayıb.
MDB
Paşinyan: Erməni kilsəsi ən böyük təsir agentidir, bunu aradan qaldıracağıq
17:52
22 may 2024
Paşinyan: Delimitasiya prosesi ilə Ermənistanın dövlətçiliyi üzrə problemlərin 60 faizini həll etmişik
17:34
22 may 2024
Mirzoyan: Ermənistan Aİ ilə münasibətlərin daha da dərinləşməsi üçün möhkəm siyasi iradəyə malikdir
17:08
22 may 2024
Ermənistanda bir qrup şəxslə hökumət, parlament və polis binalarını tutmağı planlaşdıran şəxs tutulub
15:01
22 may 2024