Bank Of Baku

Dağıstan DİN yaraqlıların yeni lideri barədə məlumat yayıb

Dağıstan DİN yaraqlıların yeni lideri barədə məlumat yayıb
# 05 sentyabr 2012 11:06 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Dağıstanın Daxili İşlər Nazirliyinin rəsmi saytında yaraqlıların liderinin fotosu və tərcümeyi-halı barədə qısa arayış yayılıb. APA-nın Rusiya bürosunun xəbərinə görə, məlumatda yaraqlıların liderinin 31 yaşlı Kalmıkiya sakini Rüstəm Aselderov olduğu bildirilir.

Arayışda deyilir ki, Dağıstan yaraqlılarının lideri, 1981-ci il təvəllüdlü Aselderov Rustam Maqomedoviç Kalmıkiya sakinidir. O, Mahaçqalanın Kadar Bunyaksk rayonunda yaşayıb. Əvvəlcə Kadar-Bunyakskdakı yaraqlılara rəhbərlik edən “Məhəmmədmuxtar” ləqəbli Rustam Aselderov hazırda bütün Dağıstan yaraqlılarına rəhbərlik edir.

Arayışda o da bildirilib ki, R. Aselderov 2007-ci ildə qanunsuz silah saxlamasına və döyüşçülərlə əlaqəsinə görə mühakimə olunub. Lakin o, bəraət alıb. Bundan sonra Bunyaksk yaraqlılarının başçısı təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya mətbuatında R. Aselderovun Doku Ömərov tərəfindən Dağıstan vilayətinin əmiri təyin edilməsi barədə məlumat yayılıb. Dağıstan yaraqlılarının əvvəlki lideri 51 yaşlı İbrahimxəlil Daudov bu ilin fevralın 14-də qətlə yetirilib. İ. Daudov isə Dağıstan yaraqlılarına 2010-cu ilin avqustundan başçılıq edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR