Bank Of Baku

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Mixail Qaluzin

© APA | Mixail Qaluzin

# 29 iyun 2026 16:50 (UTC +04:00)

"TRIPP-in perspektivləri birmənalı deyil. Bu layihə Rusiyanın iştirakından yalnız qazanardı".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib:

""Tramp marşrutu"ndan İran çətin ki, məmnun olsun. Güman etməyə əsas var ki, bu layihə Çini də qane etmir".

Rusiyalı diplomat Ermənistan dəmir yollarının Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yollarının idarəsində olduğunu xatırladıb: "Ermənistandan tranzit, Avrasiya İqtisadi İttifaqının norma və qaydalarına uyğun olaraq həyata keçirilməlidir, Ermənistan Aİİ-dən çıxmaq istəmədiyini bəyan edir".

Qaluzin qeyd edib ki, TRIPP-in Rusiya sərhədçiləri tərəfindən qorunan ərazidən keçməsi planlaşdırılır. Buna görə də həm Rusiyanın, həm də Avrasiya İqtisadi İttifaqının fikirləri nəzərə alınmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR