Bank Of Baku

Qriqol Vaşadze: “Qafqazdakı münaqişələrin həlli mürəkkəbləşərsə, bu Cənubi Qafqaz ölkələrini zaman çərçivəsində geri atacaq”

Qriqol Vaşadze: “Qafqazdakı münaqişələrin həlli mürəkkəbləşərsə, bu Cənubi Qafqaz ölkələrini zaman çərçivəsində geri atacaq”
# 06 sentyabr 2012 19:43 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzaə-APA. Bu gün NATO Baş Katibi Anders Foq Rasmussen xarici ölkələrdəki Gürcüstan diplomatik nümayəndələri ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan XİN Qriqol Vaşadze açıb. Sonra NATO Baş Katibi Anders Foq Rasmussen çıxışının əvvəlində Ermənistana səfər etdiyini və indi Gürcüstana gəldiyini sonra isə Azərbaycana səfər edəcəyini bildirib. Görüş jurnalistlər üçün qapalı keçirilib. Tədbirdən sonra Rasmussen jurnalistlərə açıqlama verməyib. Tədbirdən sonra Gürcüstan XİN Qriqol Vaşadze mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb. Qriqol Vaşadze mətbuat konfransında NATO baş katibinin Gürcüstan prezidenti Mixail Saakaşvili arasında Cənubi Qafqazdakı konfliktlərin həlli barədə danışıq olduğunu deyib. Bu barədə prezidentlə birgə keçirilən mətbuat konfransında da baş katib münaqişələr barədə fikirlərini təkrar edib. “Baş katib Rasmussen həmin fikirləri diplomatik nümayəndələrlə görüşündə də təkrar edib. Qafqazdakı konfliktlər sülh və danışıqlar yolu ilə həll edilməlidir. Lakin situasiyanın mürəkkəbləşməsi əzab-əziyyət gətirəcək və onun həlli məsələsində gərginlik olarsa, bu Cənubi Qafqaz ölkələrini zaman çərçivəsində geri atacaq.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR