Bank Of Baku

Vladimir Putin ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romniyə təşəkkür edib

Vladimir Putin ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romniyə təşəkkür edib
# 12 sentyabr 2012 12:42 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Mitt Romninin Rusiya haqqında söylədikləri bizim Avropada raket hücumundan müdafiə sisteminin qurulması (AvroPRO) məsələsində haqlı olduğumuzu göstərir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Serbiya prezidenti Tomislav Nikoliçlə birgə keçirdiyi brifinqdə deyib. O bildirib ki, M. Romni bir daha Rusiyanın AvroPro məsələsində haqlı olduğunu təsdiqləyib: “Rusiyanı ABŞ-ın bir nömrəli düşməni saydığını səmimi etiraf etdiyinə görə Mitt Romniyə təşəkkürümü bildirirəm”.

V. Putin M. Romni prezident seçkilərində qələbə qazanacağı təqdirdə onunla çalışmağa hazır olduğunu bildirib: “Romni prezident seçilməsə də, ona bənzər mövqeli şəxs hakimiyyətə gələ bilər. Ona görə də, bütün bunları diqqətə alaraq uzunmüddətli perspektivdə təhlükəsizliyimizi planlaşdırmalıyıq”.

Qeyd edək ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romni Barak Obamanı Rusiyanın təzyiqi altında Avropada raket hücumundan müdafiə sistemi planlarından uzaqlaşmaqda günahlandırıb. O, çıxışında Rusiyanı “bir nömrəli geosiyasi düşmən” adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR