Bank Of Baku

Ermənistanın müdafiə nazirliyinin mərkəzi arxivinin rəisi həbs olunub

Ermənistanın müdafiə nazirliyinin mərkəzi arxivinin rəisi həbs olunub
# 14 sentyabr 2012 02:07 (UTC +04:00)
Bakı-APA. Ermənistanın müdafiə nazirliyinin mərkəzi arxivinin rəisi Ambartsum Pxrikyan bir qrup şəxs ilə əvvəldən əlbir olmaqla küllü miqdarda başqasının əmlakını talamaqda şübhəli bilinərək həbs olunub.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 56 yaşlı Pxrikyan ilə birgə Ermənistan hərbi hissələrindən birinin elektron-hesablama maşının texnik-operatoru həbs edilib. Açılan cinayət işini mühüm işlər üzrə istintaq şöbəsi aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR