Bank Of Baku

Vladimir Putin: “Rusiyanın təhlükəsizliyinə qarşı təhdidlərə cavab verməyə hazır olmaq məcburiyyətindəyik” - FOTO

Vladimir Putin: “Rusiyanın təhlükəsizliyinə qarşı təhdidlərə cavab verməyə hazır olmaq məcburiyyətindəyik” - <font color=red>FOTO</font>
# 18 sentyabr 2012 11:14 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya “Qafqaz-2012” adlı geniş miqyaslı hərbi təlimlərə başlayıb. APA-nın Rusiya bürosunun məlumatına görə, bir həftə davam edəcək təlimdə 8 min əsgər, 100 qırıcı təyyarə, 50 hərbi helikopter, 200-dən çox ağır texnika iştirak edir. Təlimlərə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Nikolay Makarov rəhbərlik edir.

Krasnodar vilayətində keçirilən təlimi Rusiya prezidenti Vladimir Putin də izləyib. Təlimdə hərbçilərlə görüşən V. Putin beynəlxalq arenada güc tətbiq edilməsi cəhdlərinin artmağa başladığını söyləyib: “Bu səbəbdən Rusiya da müdafiə gücünü artırmalıdır. Rusiya hərbisi dünyada nələrin baş verdiyini anlayacaq gücdədir. Beynəlxalq arenada silahlı güc tətbiqi get-gedə artır. Biz də Rusiyanın hərbi gücünü artıraraq öz təhlükəsizliyimizi təmin etmək məcburiyyətindəyik.

Rusiya Silahlı Qüvvələri bu təlimlərlə milli mənafeyini müdafiə etməyə hazır olduğunu göstərməlidir. Rusiyanın təhlükəsizliyinə qarşı olan təhdidlərə cavab verməyə hazır olmaq məcburiyyətindəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR