Bank Of Baku

Qazaxıstanın baş naziri istefa verib

Qazaxıstanın baş naziri istefa verib
# 24 sentyabr 2012 07:27 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti açıqlama yayıb.

“Dövlət başçısı Nursultan Nazarbayev Məsimovu öz ərizəsinə əsasən baş nazir vəzifəsindən azad edib” – deyə açıqlamada bildirilir.

“RİA Novosti” hökumət dairələrindəki mənbələrə əsasən baş nazir vəzifəsinə hazırkı baş nazir müavini Serik Axmetovun təyin ediləcəyi, Məsimovun isə Prezident Administrasiyasına rəhbər təyin olunacağı barədə məlumat yayıb.

Qeyd edək ki, K.Məsimov Qazaxıstan hökumətinə ən çox rəhbərlik edən baş nazir kimi tarixə düşüb. O, 2007-ci ilin yanvarından bu vəzifədə çalışıb. İqtisad elmləri doktoru olan K.Məsimov Pekin Dillər İnstitutunu, Uxan Universitetinin Hüquq İnstitutunu və Qazaxıstan Dövlət İdarəçilik Akademiyasını bitirib. Çin, ingilis və ərəb dillərini bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR